Biləsuvarda yük avtomobili yanır - FOTO

01/07/2024 - 07:07

Ələt-Astara avtomobil yolunda yanğın olub.

"Bilesuvarinfo"nun məlumatına görə, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, yük ilə dolu "Tır" yük avtomobili alışıb. Hadisə yerinə FHN-in Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşları cəlb olunub. Hazırda sözügedən ərazidə yol bağlanıb və uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ