Bir ailəlik kənddən görüntülər - VİDEO
14/10/2024 - 10:08
İsmayıllının Gənzə kəndində cəmi 1 ailə yaşayır.Sakinlər kəndi şəraitsizlik səbəbilə tərk edib. Hazırda burada yaşayan ailə isə Laçın rayonundan məcburi köçkün düşdükdən sonra kənddə məskunlaşıb. Abdullayevlər ailəsi öz torpaqlarına qayıtdıqda isə Gənzədə bircə sakin belə qalmayacaq. "İTV Xəbər” rayon mərkəzindən 28 kilometr məsafədə yerləşən kənddən reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik: