BİR DƏFƏYƏ 102 RUSİYA ƏSGƏRİ ƏSİR DÜŞDÜ – Görüntülər yayıldı + VİDEO

15/08/2024 - 14:03

 

 

 

 

Ötən gün Rusiyanın Kursk vilayətində 102 rusiyalı hərbçi Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları tərəfindən əsir götürülüb.

“AzPolitika” xəbər verir ki, bununla bağlı “Ukrainskaya Pravda” nəşri Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələrinə istinadla məlumat yayıb və videogörüntülər paylaşıb.

Qeyd edilir ki, bu, bir növ rekord olmaqla, sayına görə Ukraynanın bir dəfəyə ən kütləvi əsir götürməsi əməliyyatıdır. Əməliyyatın Kurskun hansı istiqamətində həyata keçirildiyi açıqlanmasa da, Rusiya əsgərlərinin yaxşı qorunan və hər cür şəraiti olan tunellərdə yerləşdiyi, lakin buna baxmayaraq, Ukrayna qüvvələrinin onları təslim olmağa məcbur etdikləri qeyd olunur. Məlumata görə, ələ keçirilənlər Rusiya Silahlı Qüvvələrinin 488-ci Qvardiya motoatıcı alayının və Çeçenistanın “Axmat” bölməsinin hərbçiləridir.

Bu barədə yayılan videonu təqdim edirik:

 

 

 

 

“AzPolitika.info” 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10