Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında islahatlara dair danışıqların dərhal başlamasını zəruri hesab edir
Birləşmiş Ştatlar yaxın vaxtlarda BMT Təhlükəsizlik Şurasında islahatlara dair danışıqlara başlamağı zəruri hesab edir. APA xəbər verir ki, bunu BMT-nin mənzil-qərargahında çıxışı zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib. “Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında islahatlara dair danışıqların dərhal başlamasını dəstəkləyir”, - Blinken vurğulayıb. Dövlət katibi qeyd edib ki, Vaşinqton iki Afrika ölkəsinə, Latın Amerikası və Karib hövzəsi dövlətlərinə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusunun, habelə inkişaf etməkdə olan ada ölkələrinə qeyri-daimi üzv statusunun verilməsini zəruri hesab edir.