“Biz qrip viruslarının pik həddə çatdığı dövrdəyik” – TİBB EKSPERTİ YOLUXMALARIN SÜRƏTLƏ ARTMA SƏBƏBLƏRİNİ AÇIQLADI

04/01/2023 - 13:15

Gürcüstan Mərkəzi Uşaq Xəstəxanasının direktoru, Tbilisi Dövlət Tibb Universitetinin professoru İvane Çxaidze son vaxtlar ölkədə qripə yoluxma hallarının artmasını təbii qəbul edir.

Qafqaz.media bu barədə Gürcüstan KİV-lərinə istinadən xəbər verir.

“Dekabrda qripə yoluxma hallarında artım müşahidə olunub ki, bu da məntiqlidir. Biz tez-tez deyirik ki, ölkədə respirator virusların pik həddi dekabr-yanvar aylarında baş verəcək, ona görə də indi bu dövrdəyik. Bu kiçik artım məntiqlidir və başadüşüləndir”, - Çxaidze bildirib.

Onun sözlərinə görə, yoluxma hallarında hazırda Gürcüstanda koronavirusun payı 9,8 faiz təşkil edir ki, bu da həmin virusun hələ yoxa çıxmadığını göstərir.

“Koronavirusun qrip virusu kimi mövsümi virusa çevrilməsi mümkündür. Bunu hazırkı məlumatlar da təsdiqləyir. Ola bilsin ki, ÜST 2023-cü ildə pandemiyanın sona çatması barədə açıqlama verəcək. Lakin bu o demək deyil ki, koronavirus yox olacaq, sadəcə biz buna öyrəşəcəyik və yəqin hər il peyvəndlə mübarizə aparacağıq”, - Çxaidze bildirib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06