Bəs niyə qayıtmadın
Qafqaz. Media xəbər verir ki, bu gün mərhum Millət vəkili Qənirə Paşayevanın doğum günüdür. Doğum günündə Qənirə Paşayevanı yaxın rəfiqəsi Əməkdar artist Aybəniz Haşımova bu cür xatırladı. Nə,qədər çətinmiş sənsiz səni yazmaq...bu gün doğum günündür! Səni təbrik edirəm!...bilmirəm hiss edirsənmi,görürsənmi,duyursanmı nələr oldu nələr?...
Yoxsa,artıq bizi heç tanımırsan belə?...
Əlbəttə ki,tanımazsan!...
Çünki,sən artıq yer yox,göy adamısan...
Göylər daha fərqlidir yəqin...orada,burdakı kimi inanmıram ki, durduğun yerdə başına daş,dəyənək yağa...,sakit,gölün bir kənarında xəyalına daldığın Göygöl aşıb,daşa...səni,üzünə gülə-gülə, şirin suyunun dibinə çəkməyə çalışa.
Bu gidi dünyadan canın qurtardı yoxsa,canımızı bir əbədi oda saldın qız...Qara Daşın üzərində kaş, səni görməyəydim...
Kaş, səni tanımayaydım...kaşki,sənin yaxşını,yamanını görməyəydim...bir gün,mənə yazmışdın bacı doğum gününü təbrik edirəm...
Bu ad günümdə çox gözlədim...niyə,təbrik etmədin??? Qorxdun ki,yanına gələrəm?..Orda da,özünü yox,başqalarını düşündün?...o,qədər sualım var sənə...amma,sənə zəng çatmır...min dəfə demişdim özünü qoru...yeməyini vaxtında ye,yuxu yat.Özüm dedim,özüm eşitdim.Az,qala məni də öz halına qoyacaqdın...
Axırda,ay bacı sən Allah məni o, qədər o,tədbirdən bu tədbirə,ardınca sürümə vallah, halım qalmayıb...
yaxşı bacı sən dincəl...
Məndə,işlərimi bitirib qayıdıram dedin...
Bəs niyə qayıtmadın?!...axı,niyə sən yoxsan?...
Heyf oldu sənin cavanlığından, gözəllliyindən.
Süfrən daim kasıblara açıq idi.
Hökümlüsən,uşaqnan uşaqsan,böyüknən böyük...Vətənnən vətənsən ,millətnən millət.
Günahlı,günahsiz,bitməz dualar...Savabın çox böyük,ruhunsa azad...min illər keçsə də biz heç vaxt səni,unutmadıq,unutmuruq,
unutmarıq da!
Bu danışan şəkillər isə, elə,hey...sənin kimi... susmayacaq...50 il,60 il,100 yaşında da,yaşadacaq səni xatirələrdə...Bacarsan ruhunu şad eylə, özün dediyin kimi əziz bacım.
Qafqaz.Media