Bu ölkə "Hizbullah"ı terror təşkilatı kimi tanıdı
21/11/2024 - 09:25
Yeni Zelandiya hökuməti Livanın "Hizbullah" radikal hərəkatına terror təşkilatı statusu verib. Axar.az xəbər verir ki, bu barədə RNZ radiostansiyası məlumat yayıb. Ölkənin baş naziri Kristofer Klakson vurğulayıb ki, hakimiyyət "Hizbullah"ı terror təşkilatı siyahısına daxil etmək üçün bütün lazımi sübutlara malik idi. Bundan əlavə, bütün lazımi hüquqi prosedurlara əməl edilib.