Çinli hakerlər ABŞ siyasətçilərinin zənglərini ələ keçiriblər

28/10/2024 - 06:15

Çinli hakerlər amerikalı siyasətçilərin, o cümlədən ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın müşavirlərindən birinin telefon zənglərini ələ keçirib. APA xəbər verir ki, bu barədə “The Washington Post“ mənbələrə istinadən məlumat yayıb.  Vəziyyətlə yaxından tanış olan üç nəfərin nəşrə bildirdiyinə görə, hakerlərin Çin hökuməti ilə əlaqəli olduğu iddia edilən Salt Typhoon qrupu ilə əlaqəsi var. Mənbələrin bildirdiyinə görə, onlar telefon danışıqlarının audio yazılarına, həmçinin şifrələnməmiş mətn mesajlarına daxil ola biliblər. Nəşrin həmsöhbətlərindən biri qeyd edib ki, ABŞ rəsmiləri hələ də nə qədər mesaj və yazının hakerlərin əlinə keçdiyini anlamağa çalışırlar.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ