Cəlilabadda boğulanlardan biri yeniyetmə olub - Təfərrüat

19/06/2024 - 19:49

Cəlilabadda su bəndində iki nəfər boğulub.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində yerləşən bənddə qeydə alınıb.

Boğulan şəxslərdən birinin cəsədi sudan çıxarılıb. İkinci şəxsin axtarışları davam edir.

***

Cəlilabad rayonunda iki həmkəndlinin suda boğulması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hadisə bu gün Cəlilabadın Hamaraqışlaq kəndində yerləşən su bəndində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Nihat Aşurov su bəndində qoyunları yuyarkən bəndə yıxılıb. Ona kömək etmək üçün digər kənd sakini, 2004-cü il təvəllüdlü İbrahim Həsənov suya atılıb. Lakin az sonra hər iki şəxs suda görünməz olub. Yaxınlıqdakı şəxslər ilk olaraq Nihatın cansız bədənini sudan çıxarıblar. Lakin İbrahimin axtarışı nəticə verməyib. Onun meyiti hadisə yerinə cəlb olunmuş Fövqəladə hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.

Hər iki şəxsin meyiti Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55