Cəlilabadda mikroavtobus 8 yaşlı məktəblini vurub

20/05/2024 - 16:55

Cəlilabadda mikroavtobus azyaşlını vurub.

APA - nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində məktəbin qarşısında baş verib. Marşrut xətti üzrə hərəkət edən "Mercedes" markalı mikroavtobus məktəbin qarşısında 2016-cı il təvəllüdlü S.R-ni vurub. Qəza nəticəsində xəsarət alan azyaşlı, rayon xəstəxanasına aparılıb.

    Həkimlər məktəblinin vəziyyətini orta ağır qiymətləndirir.

    Fakt üzrə araşdırma aparılır.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Rusiyada güclü ZƏLZƏLƏ
    21/09/2024 - 20:10