CƏMİ 2.6 KİLOMETR QALIB... – Ukrayna Seymə çatsa, Rusiya birləşmələri mühasirəyə düşəcək

21/08/2024 - 06:21

Kursk vilayətində Seym çayı üzərindəki körpülərin dağıdılmasından sonra Ukrayna Silahlı Qüvvələri Qluşkovsk rayonunda rus qoşunlarının mühasirəsini bağlamaq üçün cəmi 2,6 km irəliləməlidir. “AzPolitika” xəbər verir ki, bunu Almaniyanın “BILD” nəşrinin tanınmış analitiki Julian Repke yazıb. Bundan əvvəl Ukrayna hərbçiləri Kursk vilayətinin Qluşkovsk rayonunun şimalında Seym çayı üzərindən keçən bütün stasionar körpüləri partladıblar. Rus qoşunlarının burada fiziki mühasirəyə alınması hələlik tam görünməsə də, Repke hesab edir ki, bu qruplaşma Ukrayna Silahlı Qüvvələri Seym çayına yaxınlaşdıqda Rusiyanın qalan ərazilərilə bütün əlaqələrini itirəcək. Geolokasiya edilmiş foto və videolarla təsdiqlənən son məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri Vişnyovka kəndini ələ keçirərək dəmir yoluna çatıb. Beləliklə, Ukrayna qoşunları bu şərti mühasirəni bağlamaq üçün Seym çayına doğru cəmi 2,6 km getməlidir. Mütəxəssis yazıb ki, rus qruplaşmasını təchiz etmək üçün ponton körpülər yaratmağa çalışırlar. Ancaq analitikin qeyd etdiyi kimi, Ukrayna Silahlı Qüvvələri çaya yaxınlaşan yerlərdə Rusiya texnikasını izləyir və kamikadze dronları ilə onları məhv edir. Vişnyovkanın şimalında Ukrayna Silahlı Qüvvələri Korenevo kəndini ələ keçirib və hazırda yaxınlıqda yerləşən dəmir yolu stansiyası uğrunda döyüşür. Korenevonun tam ələ keçirilməsi həm də "qazan"ın bağlanması demək olacaq.

“AzPolitika.info”

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ