Deputat seçilən məmurun yerinə o gətirildi - Parlamentdə yeni təyinat
10/10/2024 - 07:17
Milli Məclisdə yeni təyinat həyata keçirilib. Modern.az-ın əldə etdiyi məlumata görə, parlamentin İqtisadi qanunvericilik şöbəsinə yeni müdir müavini təyin edilib. Sözügedən vəzifəyə İlqar Cəfərov gətirilib. 1962-cı il təvəllüdlü məmur ixtisasca hüquqşünasdır. O, daha əvvəl Milli Məclisin aparatında Məxfi sənədlərlə iş sektorunun müdiri vəzifəsində işləyib. Qeyd edək ki, İqtisadi qanunvericilik şöbəsinin əvvəlki müdir müavini Rövşən Muradov sentyabrın 1-də deputat seçilib. O, parlamentdə 121 saylı Laçın seçki dairəsini təmsil edir.