Desna çayının çirklənməsi səbəbindən Kiyev susuz qala bilər

11/09/2024 - 04:39

Kiyev Desna çayının çirklənməsi səbəbindən su təchizatında böyük problemlərlə üzləşib. APA “STRANA.ua”ya istinadən xəbər verir ki, bunu Ukrayna paytaxtının su təsərrüfatı rəhbərinin müavini Vladimir Kostyuk bildirib. Onun sözlərinə görə, Desna çayı Kiyev sakinləri üçün təmizlənmiş içməli suyun 70%-ni təşkil edir. “(Kiyevi – red) Bu həcmdə su ilə təmin etmək üçün alternativ yoxdur”, - Kostyuk qeyd edib. Kostyuk vurğulayıb ki, sözügedən problem ciddi fəsadlara yol açacaq və paytaxtın su təchizatı sistemində disbalans yaradacaq.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57