DİN rəhbərliyi Zəfər parkını ziyarət edib - VİDEO

27/09/2024 - 13:05

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyi Zəfər parkını ziyarət edib.APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Məlumata görə, bu gün daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkına gələrək 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, xatirə daşının önünə gül dəstələri qoyublar.

                                                              

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06