DÜŞMƏNLƏ EYNİ CƏRGƏDƏ YER ALANLAR… - Onlar öz çirkin niyyətlərini həyata keçirmək üçün hər cür şər-böhtana əl atırlar / FOTO

24/07/2024 - 21:32

Xristian dünyasının dövlətimizə qarşı hər cür təzyiq mexanimzinə əl atdığı indiki ərəfədə “sapı özümüzdən olan baltalar” da onların işinə yarayır. Söhbət ondan gedir ki, bu və ya digər səbəbdən ölkəni tərk edərək, Avropada, eləcə də digər inkişaf etmiş ölkələrdə özlərinə sığınacaq qazanmağa çalışan “soydaşlarımız” bəzi hallarda özlərindən qondarma siyasətçi, jurnalist, yaxud da aktivist obrazı düzəltməyə çalışırlar. Əlbəttə, məqsəd sadəcə siyasi sığınacaq alıb, bu ölkələrin maddi dəstəyi hesabına rahat həyat yaşamaqdır.

Kimsəyə sirr deyil ki, bu cür “xalq qəhrəmanları”nın böyük əksəriyyəti ümumiyyətlə siyasi fəaliyyətdən uzaq, bu və ya digər formada heç bir rəsmi quruma yolu düşməyən şəxslərdir. Buna rəğmən, onlar guya hansısa dövlər qurumlarının, yaxud da məmurların təzyiqi nəticəsində ölkəni tərk etdikləri haqda nağıllar danışır, bəzi hallarda özlərini “gerçək qəhrəman” kimi göstərmək üçün müvəqqəti məskunlaşdıqları ölkədən müxtəlif dövlət rəsmilərinin ünvanına hədyanlar səsləndirirlər.    

Əminliklə deyə bilərik ki, həmin şəxslərdən biri də son vaxtlar sosial şəbəkələrin “qəhrəmanı”na çevrilən Nizam Baqiyevdir. Bu şəxs hazırda yaşadığı İsveçrədən dövlət rəhbələrini hədələyir, hətta yeri gəldikdə Azərbaycana düşmənçilik bəsləyən qüvvələrlə bir sırada yer alır.

Konkret olaraq deyə bilərik ki, Qərbə sığınan “siyasi fəal” Nizam Baqiyev özünə yer etmək, bəzi hallarda isə sadə vətəndaşların gözündə özlərini “xilaskar” kimi göstərmək üçün açıq-aşkar dövlətimizə qarşı təxribatla məşquldur. O, Azərbaycan dövlətinə və dövlətçiliyinə xəyanət etməklə, öz çirkin niyyətinə nail olmağa çalışır. Belə ki, bu xəyanətkar Avropaya sığınaraq, ölkəmizə qarşı “dəyənək” rolunda çıxış edir. Əlbəttə, onun bu cür fəaliyyəti heç bir halda dövlətimiz üçün təsiredici amil sayıla bilməz. Amma necə deyərlər, “milçək nə qədər kiçik olsa da, könül bulandırır”.

Təsadüfi deyil ki, bəzi “silahdaşları” kimi, N.Baqiyev də Azərbaycan Pezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanın şəkillərini yerə sərərək, müxtəlif böhtanlar və təhqirlərdən də çəkinmir. Odur ki, digər satqınlar kimi, Nizam Baqiyevin də tezliklə Azərbaycan xalqı qarşısında hüquqi müstəvisində cavab verəcəyinə kimsə şübhə etməsin.

Suveren.az