Emin Əmrullayev onu İŞDƏN ÇIXARDI

07/11/2024 - 11:29

Elm və təhsil naziri Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavinini vəzifəsindən azad edib.  Modern.az xəbər verir ki, nazir Emin Əmrullayevin müvafiq əmri ilə Orxan Teymur oğlu Kərimov işdən çıxarılıb. Kərimov Orxan Teymur oğlu 1987-ci ildə Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsini “Maliyyə-kredit” ixtisası üzrə bitirərək bakalavr, 2011-2012-ci illərdə Birləşmiş Krallığın Belfast şəhərindəki Queens Universitetinin Menecment fakültəsini “Maliyyə və mühasibatlıq” ixtisası üzrə bitirərək  magistr elmi dərəcəsini alıb. 2012-2017-ci illərdə SOCAR-ın müxtəlif idarələrində mühasib və iqtisadçı, 2017-2020-ci illərdə “Deloitte” şirkətində auditor vəzifəsində işləyib. 2020-ci ildə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 26 fevral tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 1 övladı var. Məlumatı bundan əvvəl "qaynarinfo" saytı yayıb.

    Modern.az

     

     

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Faktiki hava açıqlanıb
    18/11/2024 - 10:03
    Xoşbulağa qar yağdı - Video
    17/11/2024 - 15:03
    Sabah qar yağacaq
    16/11/2024 - 13:01
    Bu xanımlara vəzifə verildi
    16/11/2024 - 13:00