ABŞ ordusunu bu ölkədən tamamilə çıxardı

05/08/2024 - 22:44

ABŞ ordusu Nigerdəki son bazasına nəzarəti yerli qüvvələrə təhvil verərək, qoşunların bu Afrika ölkəsindən çıxarılmasını faktiki olaraq başa çatdırıb.

Publika.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

Qeyd olunub ki, ilkin planlara görə, ABŞ-ın Nigerdən tam çıxarılması sentyabrın 15-dək başa çatmalı idi. Bununla belə, avqustun 5-də ABŞ hərbçiləri Nigerin şimalındakı Aqadez şəhərindəki 201 aviabazasını tərk edərək, silahları və “həssas texnologiyanı” da çıxarıblar.

Bildirilib ki, az sayda hərbi qulluqçu inzibati məsələləri həll etmək üçün bir müddət ABŞ-ın Nigerdəki səfirliyində qalacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ