Ermənistan və Fransa XİN başçıları İrəvanda görüşəcək

14/09/2024 - 12:54

Sentyabrın 16-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla fransalı həmkarı Stefan Sejurne arasında görüş olacaq. APA-nın “news.am”a istinadən xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, danışıqlardan sonra nazirlər jurnalistlərin qarşısına çıxacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30