Ermənistan və Fransa XİN başçıları İrəvanda görüşəcək
14/09/2024 - 12:54
Sentyabrın 16-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla fransalı həmkarı Stefan Sejurne arasında görüş olacaq. APA-nın “news.am”a istinadən xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, danışıqlardan sonra nazirlər jurnalistlərin qarşısına çıxacaq.