Faciəvi şəkildə ölən Günel nazir köməkçisinin bacısı imiş - FOTO

31/10/2024 - 10:34

Xaçmazda göbələkdən zəhərlənərək vəfat edən Günel Abdullayeva nazir köməkçisinin bacısı imiş. "AzPolitika" "Qaynarinfo"-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü qadın elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədovun bacısıdır. Qeyd edək ki, "Qafqazinfo"-nun verdiyi xəbərə görə, Xaçmaz rayonunun Seyidli kəndində 1977-ci il təvəllüdlü İlahə Bayramova və rəfiqəsi Günel Abdullayeva rayonda qonaq olarkən meşə sahəsində topladıqları göbələkdən yeyiblər. Daha sonra onlar zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Qadınlar oradan Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilərkən İ.Bayramova yolda vəfat edib. İlahə Bayramova Bakıya gətirilərkən yolda, Günel Abdullayeva isə paytaxtdakı xəstəxanada vəfat edib.

Fotoda İlahə Bayramova

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37
Qəbələdə yol qəzası olub
11/11/2024 - 11:21
Qəbələdə yol qəzası olub
11/11/2024 - 11:21