FRANSA KƏŞFİYYATI AZƏRBAYCANLA SƏRHƏDDƏ YERLƏŞİR - Görüntülər yayıldı + VİDEO
Oktyabr ayının əvvəlindən Avropa İttifaqının "müşahidəçi”lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb. Bu gün daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib. Maraqlıdır ki, "Report”un əldə etdiyi kadrlardan açıq görünür ki, indiyədək "müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, bu gün sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb. Sərhəd kəndə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil. Görünür, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb. Bu, Ermənistanda revanşist qüvvələrə dəstək verən və yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır.