Fransa polisi etirazçılara qarşı güc tətbiq edib

26/08/2024 - 07:43

Fransanın Tarn kommunasında polislə yerli əhali arasında toqquşma baş verib. APA xəbər verir ki, bu barədə “Figaro” məlumat yayıb.
Tuluz-Kastr avtomobil yolunun çəkilişinə etiraz edən sakinlər yol inşaatı texnikasına zərər vurub, polisə daş və Molotov kokteyli atıblar. Polis narazı kütləyə qarşı gözyaşardıcı qaz tətbiq edib. Bir nəfər saxlanılıb. A69 Tuluz-Kastr avtomobil yolunun çəkilişi ekoloqların və elm adamlarının ciddi narazılığına səbəb olub. Onların fikrincə, yol çəkilişi əkinəyararlı ərazilər və yaşıllıq zonalarının məhvinə, qrunt sularının səviyyəsinin aşağı enməsinə və rütubət balansının pozulmasına səbəb olacaq. Əvvəlki aylarda da yol inşaatına görə etirazçılarla polis arasında qarşıdurma yaranıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33