Fransanın sabiq prezidenti Sarkozi də Makronu tənqid etdi: Risklidir

17/06/2024 - 16:41

Fransanın sabiq prezidenti Nikolya Sarkozi prezident Emmanuel Makronun Avropa Parlamenti (AP) seçkilərində ifrat sağçıların qələbəsindən sonra parlamenti buraxmaq və növbədənkənar ümumi seçkilər təyin etmək qərarını tənqid edərək, bunun “ölkə üçün böyük risk” olduğunu deyib.

Publika.az xəbər verir ki, sabiq prezient “Le Journal de Dimanche” qəzetinə müsahibə verib.

Müsahibə zamanı qeyd edib ki, iyunun 9-da AP seçkilərində ifrat sağçı Milli Ralli (MN) partiyasının böyük fərqlə birinci olmasından sonra Makronun parlamenti buraxması “ölkə üçün, eləcə də prezident üçün böyük risk” yaradır:

“İfrat sağçiların səsvermədə yenidən qalib gəlmə ehtimalı var. LR partiyasının lideri Ciottinin AP seçkilərindən iki gün sonra RN ilə ittifaq üçün yaşıl işıq yandırması respublikaçı siyasətçilərin təəccübünə səbəb oldu. Bir çox respublikaçı senatorlar birgə bəyanatla çıxış edərək bu ittifaqa qarşı olduqlarını bildirdilər. Ciottinin qərarı partiya daxilində parçalanma və daxili qarışıqlığa səbəb olsa da, LR rəhbərliyi iyunun 12-də keçirilən fövqəladə toplantıda liderlərini partiyadan xaric etmək qərarına gəlib”, - Sarkozi deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ