G7 ölkələri Ukraynanı Rusiyaya qarşı mübarizədə “lazım olana qədər” dəstəkləyəcək

13/12/2022 - 00:51

Dekabrın 12-də dünyanın ən zəngin ölkələrinin liderləri sərt soyuq qış və Rusiya təcavüzü nəticəsində müharibədən əziyyət çəkən Ukraynaya qısa və uzunmüddətli maliyyə vəsaitlərinin yönəldilməsi üçün yeni sistemin elementlərinə dair razılaşaraq bu ölkəyə sarsılmaz dəstək verəcəklərini vəd ediblər. 
Beləliklə, G7 liderləri Ukraynanı Rusiyaya qarşı mübarizədə “lazım olana qədər” dəstəkləməyə söz verdilər və gələn ay yeni donor koordinasiya platformasının iclasını çağırmaq niyyətindədilər. Bunu hazırda G7-yə rəhbərlik edən Almaniya kansleri Olaf Şolts deyib. Onun sözlərinə görə, bu platforma Ukraynaya dərhal maliyyə yardımının təmin olunmasında, eləcə də Rusiyanın işğalı nəticəsində yaranan geniş dağıntıdan sonra yaxın illərdə yenidən qurma səylərində kömək etmək məqsədi daşıyır.
"İndi məqsəd Ukraynanın, beynəlxalq maliyyə institutlarının və digər tərəfdaşların iştirakı ilə bu platformanı tez bir zamanda qurmaqdır", deyə Şolts görüşdən sonra mətbuat konfransında bildirib. “Ukraynanın yenidən qurulması, bəlkə də Marşal Planı ilə müqayisə edilə bilən insani missiya olacaq”, hansı ki, bu plan İkinci Dünya Müharibəsinin dağıdıcı nəticələrindən sonra Qərbi Avropanın iqtisadiyyatını bərpa etmək üçün ABŞ-ın maliyyələşdirdiyi layihə idi. G7 liderləri həmçinin maliyyə nazirlərini Ukraynanın 2023-cü il büdcəsinə dəstəyi koordinasiya etmək üçün Beynəlxalq Valyuta Fondu ilə birlikdə tezliklə görüşməyə çağırıblar.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33