Gəncədə güclü yağışın fəsadları davam edir, evlərə su dolub, bəzi yerlərdə elektrik enerjisi kəsilib - FOTO - YENİLƏNİB-4

28/07/2024 - 13:45

Gəncədə güclü yağışın fəsadları davam edir.

APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarında şəhərin bir çox hissəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

    Hal hazırda elektrik enerjisinin verilməsi bərpa edilməyib.

     

     

    ***

    12:53

     

    Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin canlı qüvvəsi və texnikası Gəncədə hadisə yerinə cəlb olunub.

    APA-nın yerli bürosunun əməkdaşı xilasedicilərin hadisə yerindəki fəaliyyətlərinin görüntüsünü təqdim edir:

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ