Gənclər təşkilatı maarifləndirici tədbirlərini davam etdirir - FOTOLAR

16/02/2023 - 09:08

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi  Azərbaycan Gənclər Fondunun maliyə dəstəyi ilə 14 fevral 2023-cü il tarixində “Dəyərlərimizə sahib çıxaq” adlı layihəsini İsmayıllı rayonunda davam etdirib.

Heydər Əliyev mərkəzində keçirilən tədbirdə 100-dək gənc iştirak edib.

Tədbir iştirakçıları qardaş Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sukutla yad ediblər.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov açaraq iştirakçıları salamlayıb və layihənin məqsədi haqqında qısa məlumat verib.

Təşkilatın təlimçisi, tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyova layihə haqqında geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, Azərbaycan xalqı dünyanın heç bir ölkəsində rast gəlinməyən çox yüksək keyfiyyətlərə malikdir. Min illər boyunca formalaşmış bu dəyərlərimizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək bugünkü gəncliyin borcudur.

Rayon ziyalılarından şair Şahməmməd Dağlaroğlu çıxışında gənclərimizin atalarımızın formalaşdırdığı müqəddəs dəyərlərimizə sadiq qalmasını tövsiyyə edib.

Rayon 1 saylı məktəbin müəlliməsi Baqıyeva İlahə, 6 saylı məktəbin şagirdlərindən Məmmədov Əli, Hacıyeva Nərgiz,  Qaraşova Aynurə və başqaları layihədə səslənən məsələlər  haqqında öz fikirlərini bildiriblər.

Qafqaz.media