Göygöl sakini bıçaqlanıb

22/10/2024 - 21:33

Göygöldə bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Mollacəlilli kəndində qeydə alınıb. Belə ki, orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Göygöl Rayon Polis Şöbəsinə rayon sakini Asim Niyazovun kəsici-deşici alətlə bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirlməsi barədə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Dəmir Nəbiyəv saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56
Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44
Uşaqlarda inkişaf ləngiməsi
19/11/2024 - 14:20