Gözəl günlərimiz Cəbrayılda keçib

26/09/2024 - 09:19

Biz oradan çıxanda uşaqlarımız körpə, özümüz cavan idik. Ən gözəl günlərimiz Cəbrayılda keçib, ən xoş xatirələrimiz orada olub”. Modern.az xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Tünzalə Bəhrəmova söyləyib. Xoş xatirələrinin orada keçdiyini diqqətə çatdıran Cəbrayıl sakini 30 illik arzularının gerçəkləşdiyini bildirib. “Çox yaxınımızı itirmişik bu 30 ildə. İstəyərdim ki, onlar da burada olardı, bizimlə gedərdi. Hisslərim - sevincim, kədərim bir-birinə qarışıb. Heç fikirlərimi tam ifadə edə bilmirəm. Çox həyəcanlıyam, gözləntilərim çoxdur. Atamın, yaxınlarımın qəbirini ziyarət etmək istəyirəm. Dağlara çıxıb qışqırmaq istəyirəm, bəlkə yatan ruhlar oyana”,- deyə o qeyd edib.

    Modern.az

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Azərbaycana 13 sm qar yağdı
    27/11/2024 - 10:42