Gürcüstan parlamenti prezidentə qarşı impiçment proseduruna başlayır – SALOME ZURABİŞVİLİ DƏ İCLASA QATILDI

18/10/2023 - 13:01

“Gürcüstan prezidenti Salome Zurabişvili artıq parlamentdədir. Bir neçə dəqiqədən sonra Gürcüstan parlamenti prezidentə qarşı impiçment proseduruna başlayır”.

Bu barədə Gürcüstan mediası məlumat yayıb.

Qeyd edək ki, dünən parlament Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçment yolu ilə istefaya göndərilməsi məsələsinə baxılması və müvafiq səsvermə üçün son müddətin müəyyən edilməsi barədə qərar qəbul edib.