Gürcüstana quru yolla gediş-gəliş bərpa olunur? – Razılaşma əldə olunduğu bildirilir

10/02/2025 - 13:22

Azərbaycanla Gürcüstan arasında dəmiryolu vasitəsi ilə sərnişindaşımanın bərpa olunması barədə razılıq əldə olunub.

Bu barədə “gununsesi.info”-ya hökumətdəki mənbələrdən məlumat daxil olub. Məlumata görə, aprel ayından etibarən Bakı-Tblisi-Bakı qatarı yenidən istifadəyə veriləcək. Sərnişindaşıma İsveçrənin “Stdadler” şirkətinin istehsalı olan müasir qatarları vasitəsilə həyata keçiriləcək.

"Azərbaycan Dəmir yolları" QSC-dən bildirilib ki, hazırda Azərbaycanın quru sərhədləri bağlı olduğu üçün beynəlxalq sərnişindaşıma dayandırılıb.

“Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bu səbəbdən hazırda qatarlarla beynəlxalq istiqamətdə sərnişindaşıma həyata keçirilmir. Quru sərhədlərin açılmasından sonra ADY beynəlxalq sərnişindaşıma üçün hazırlıqlara başlaya bilər”, - qurumun Mətbuat Xidmətindən bildirilib.

Xatırladaq ki, daha əvvəl Azərbayanla Rusiya arasında analoji razılığın əldə olunması barədə xəbər yayılıb. Hökumətə yaxın mənbələr mart ayından etibarən qatarlar vasitəsi ilə sərnişindaşımanın bərpa olunacağını bildiriblər.

Qeyd edək ki, ötən ilin dekbarın 25-də Qroznı şəhəri üzərində raket hücumuna məruz qalmış Azərbayan Hava Yollarına məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğradıqdan sonra Bakıdan Rusiyanın 10-dan artıq şəhərinə uçuşlar dayandırılıb. Nəticədə azərbayanlıların qonşu ölkəyə gediş-gəlişində ciddi problemıər yaranıb. Qatarla sərnişindaşımanın bərpası barədə razılaşma sözügedən problemi aradan qaldırmasına kömək edə bilər.