"Gürcüstanı birlikdə xilas edək..." - "Saakaşvili müxalifətə və xalqa müraciət etdi"
"Gürcüstan ölümcül təhlükədədir!"
"AzPolitika" xəbər verir ki, bunnu Gürcüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvili xalqa müraciətində bildirib. "Biz əslində vətənimizi itiririk, hamımız səfərbər olub 26-da seçki məntəqələrinə getməsək, böyük fəlakətlə üz-üzə qalırıq. Nəinki Avropaya vizasız gediş-gəlişi itirəcəyik, nəinki ölkə kəskin şəkildə yoxsullaşacaq, bundan sonra ümumiyyətlə olmayacağıq və biz Rusiyanın bir hissəsinə çevriləcəyik", - keçmiş prezident vurğulayıb. Sakkaşvili saha sonra yazır: "Ona görə də gəlin indiki vaxtda bir-birimizlə yarışmayaq, hamımız bir-birimizin əlindən tutub, seçicilərimizi seçki məntəqələrinə gətirək, Gürcüstanı birlikdə xilas edək. Mən bütün partiyaları və fəal insanları rayonlarda qeydiyyatda olan seçiciləri Tbilisidən məntəqələrinə avtobuslarla, şəxsi avtomobillərlədaşınmasına kömək etməyə çağırıram. Tam səfərbər olmalıyıq!" "AzPolitika.info"