"Gürcüstanın gələcəyini Qərb deyil, gürcü xalqı müəyyən etdi"

28/10/2024 - 14:32

Artıq Gürcüstanda parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb. Mərkəzi Seçki Komissiyası (MSK) məlumatına görə, 3 111 məntəqədən 3 110-nun bülletenlərinin nəticələrinə əsasən hakim “Gürcü Arzusu” Partiyası 53,92 % səs toplayıb. Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan “Dəyişiklik Koalisiyası” 11,04 %; ”Vahidlik – Milli Hərəkat” 10,16 %; ”Güclü Gürcüstan” 8,81 %; ”Qaxariya - Gürcüstan naminə” Partiyası isə 7,77 % səs toplayıb. Marneulidəki 69 saylı məntəqədə kütləvi bülleten atılması hadisəsi baş verdiyi üçün səsvermənin nəticələri ləğv edilib. Beləliklə “Gürcü Arzusu” Partiyası yenidən qələbəni təmin edib.  Seçkilərin nəticələrini Modern.az-a şərh edən gürcü ekspert David Çxelizade qeyd edib ki, ölkədə seçkilər dinc və rəqabət şəraitində keçib: “Xarici qüvvələrin Gürcüstanın daxili işlərinə qarışmaq cəhdlərinə baxmayaraq, insanlar öz iradələrini ifadə etmək imkanı əldə edə bildilər. Demək olar ki, oktyabrın 26-da keçirilən seçkilərdə gürcü xalqı və ölkənin əmin-amanlığından, inkişafından və tərəqqisindən möhkəm danışan gürcü xalqı qalib gəldi". O bildirib ki, Gürcüstanın düşmənləri növbəti dəfə qəzəblənib: "Belə ki, Gürcüstanın müstəqil ölkə olması, gələcəyini və istiqamətini kollektiv Qərbin deyil, gürcü xalqının həll etdiyi ilə barışmalı olacaqlar".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ