Hakan Fidan Tehrana səfər edəcək
29/07/2024 - 12:29
İyulun 30-da Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehrana səfər edəcək. APA-nın xəbərinə görə, bu barədə Nazirliyin “X” hesabında paylaşım edilib. Bildirilib ki, o, İranın yeni prezidenti Məsud Pezeşkianın həmin tarixdə keçiriləcək andiçmə mərasiminə qatılacaq.