Hansı təzyiqdə dərman qəbul etmək vacibdir?

02/04/2024 - 09:41

Nəzarətə alınmayan yüksək təzyiqin sonu insultdur.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, kardioloq Vladimir Qlaqolev insultdan qorunmaq üçün artıq hansı mərhələdə dərman qəbulunun vacibliyini açıqlayıb.

“Çox insanlar bəzən az yüksək təzyiqi normal, iş təzyiqi və təhlükəsiz hesab edir. Halbuki artıq 135-dən yuxarı təzyiq infarkt və insult riskini artırır.

Sistolik yuxarı təzyiq 130-u keçdisə, patologiyalar riski artır.

140/90 civə sütununda daimi təzyiq artıq dərman qəbul etmək üçün əsasdır. Uyğun seçilmiş dərman insult riskini effektiv azaldır. Kontrola alınmayan təzyiq xəstəsi ensefalopatiya, demensiya, böyrək çatışmazlığı ilə də qarşılaşa bilər.

130-a çatan təzyiqi həkimlə məsləhətləşmək lazımdır.

Öncə çəkini azaltmaq, qidanı dəyişmək lazımdır, siqaret, içkidən imtina olmalıdır. Bununla belə, təzyiq 135-i keçirsə, uyğun dərman mütləqdir”, - o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53