Havada toz müşahidə olunur

21/08/2024 - 08:51

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova APA-ya bildirib ki, havada tozun miqdarı normadan 1.2- 1.3 dəfə artıqdır. “Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, - o deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ