Hindistanda ildırım vurması nəticəsində 7 nəfər ölüb

09/09/2024 - 07:51

Hindistanın Çhattisqarh ştatında ildırım vurması nəticəsində 7 nəfər ölüb. APA Hindistan KİV-ə istinadən xəbər verir ki, hadisə Balodabazar-Bhatapa rayonunda baş verib. Əkin sahəsində şiddətli yağışdan qorunmaq üçün ağacın altına toplaşan şəxsləri ildırım vurub. Nəticədə 7 nəfərin ölüb, 3 nəfərin ağır yaralanıb. Qeyd edək ki, Hindistanda hər il musson yağışları mövsümündə minlərlə adam ildırım qurbanı olur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ