“Hizbullah” atəşkəs üçün şərtini açıqlayıb

28/10/2024 - 05:31

Hizbullah hərəkatı Livan dosyesinin Qəzza zolağında sülh təşəbbüslərinə daxil edilməsi şərti ilə İsrail və Livan arasında atəşkəs daxil olmaqla BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin müddəalarını həyata keçirməyə hazırdır. APA xəbər verir ki, bu barədə LBC telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Misir və Qətər rəsmiləri HƏMAS-la görüşəcək və yüksək səviyyəli Qətər nümayəndə heyəti Livanın mövqeyini aydınlaşdırmaq üçün Beyruta səfər edəcək. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ