“Həkim nəvələrimi yetim qoydu” - Rəsmi açıqlama

28/10/2024 - 11:09

Oktyabrın 27-si səhər saatlarında Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində ana ölümü qeydə alınıb. Publika.az xəbər verir ki, Rayonun Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zəhra Qara qızı Zamanova 26 oktyabr tarixində uşaq dünyaya gətirmək üçün doğum evinə gətirilib. Zəhra Zamanova reanimasiya şöbəsinə yerləşdirilib, lakin uşaq dünyaya gətirən ananın həyatını xilas etmək mümkün olmayıb. Z.Zamanovanın qayınanası Tacirə Zamanovanın sözlərinə görə, həkim ananın sağlamlığında heç bir problem olmadığını deyib: “Saat 9-da nəvəm dünyaya gəldi. Həkim 10:30-da dedi ki, hər şey normaldır, xəstəni masada qoyub çıxıb getdi. Biz evə gedəndən sonra gəlinə zəng vurduq, amma zəng çatmadı. Gəlib gördük ki, qanaxması olduğu üçün bizdən xəbərsiz Zəhranı götürüblər əməliyyata. Bundan əvvəl iki uşaq dünyaya gətirib. Gültac həkim mənim evimi yıxdı, gəlnimin üç balasını yetim qoydu. Gəlib demədi ki, onun qanaxması var”. Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, doğuşdan sonra vəziyyəti ağır olan ana reanimasiya şöbəsinə yerləşdirilib, süni tənəffüs aparatı ilə ağciyərlərin ventilyasiyası davam etdirilib. Daha sonra xəstənin ikinci əməliyyatı baş tutub. Ölümün səbəbini patalojik-anatomik yarma nəticəsində müəyyən etmək olacaq.

Ətraflı Baku.TV-nin hazırladığı sujetdə:

                                                 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56
Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44
Uşaqlarda inkişaf ləngiməsi
19/11/2024 - 14:20