Həmid Herisçinin vəziyyəti ağırdır - Yenilənib

27/01/2024 - 09:55

Yazıçı-jurnalist Həmid Herisçi xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun həyat yoldaşı İlhamiyyə Rza sosial şəbəkədə məlumat yayıb. O, Həmid Herisçinin qızılcaya yoluxduğunu bildirib:

“Həmid modul tipli xəstəxanaya yerləşdirilib. Ümid edirəm ki, dualarınızla tezliklə sağalacaq”.

 

1960-cı il təvəllüdlü Həmid Herisçi təcili tibbi yardım avtomobili vasitəsilə bu gün saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir.

Pasientin vəziyyəti ağır qiymətləndirilir.

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49