Həsən Nəsrullah Pezeşkiana məktub yazdı

11/07/2024 - 10:31

Hizbullah təşkilatının başçısı Həsən Nəsrullah İran Prezidenti Məsud Pezeşkiana cavab məktubu yazıb. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Nəsrullah Pezeşkianın ona yazdığı məktubda dəstək mesajlarına görə İran prezidentinə təşəkkür edib: “Sizin mesajlarınız və siyasi mövqeyiniz bir daha İranın “Müqavimət cəbhəsi”nə dəstəyinin əsaslarının dəyişilməz olduğunu təsdiqlədi”. Qeyd edək ki, Məsud Pezeşkian Həsən Nəsrullaha yazdığı məktubda İranın “Müqavimət cəbhəsi”nə (proksi qüvvələri) dəstəyinin davam edəcəyini vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10