İki uşaq anası dərman içərək intihar etdi

20/10/2024 - 15:04

Lənkəranda intihar hadisəsi baş verib. “Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə bu gün Lənkəran şəhərinin Osaküçə kəndində qeydə alınıb. Belə ki, iki uşaq anası olan 2005-ci il təvəllüdlü Elnurə İsfəndiyar qızı Qurbanova yaşadığı mənzildə ölü tapılıb. E. Qurbanovanın dərman içərək intihar etdiyi bildirilir. İki gün bundan əvvəl Bakı şəhərindən kəndə qayıdan gənc xanımın hansı səbəbdən bu addımı atdığı məlum deyil. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Surxay Şahbazov

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00