İKT“Instagram”, “Google” və “Amazon” istifadəçiləri təhlükədədir

07/09/2024 - 14:54

​​“Instagram”, “Google” və “Amazon”un istifadəçiləri dinləməsi ilə bağlı iddialar ciddi qalmaqala səbəb olub. Publika.az verir ki, bununla bağlı “Cox Media Group”dan (CMG) təqdimat sənədləri sızıb. Təqdimatda bildirilir ki, “CMG” daha konkret reklam hədəflənməsi üçün səs məlumatlarını dinləyir. Bu məlumatlatdan sonra “Google” “CMG”ni proqramından çıxarıb. “Meta” isə onun istifadə şərtlərini pozub-pozmadığını yoxlamağa başlayıb. “Amazon” isə belə bir əməkdaşlıqda olmadığını və qaydaların pozulması halında lazımi addımları atacağını açıqlayıb. “CMG”nin reklam strategiyalarında telefon dinləmə texnologiyalarından istifadə etməsi şəxsi məxfiliyin necə pozula biləcəyi ilə bağlı narahatlıq doğurur. Bu qalmaqal göstərir ki, istifadəçilərin rəqəmsal məxfiliyini qorumaq üçün daha sərt tədbirlər görülməlidir. Şirkətlərin bu cür təcrübələri necə idarə etməsi və nəzarət etməsi gələcək məxfilik siyasətlərinin formalaşdırılmasında mühüm rol oynayacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10
Ədalət Verdiyev həbs olundu
25/11/2024 - 18:51