“İLK DƏFƏ NARKOTİKİ MƏNƏ RƏFİQƏMİN SEVGİLİSİ VERDİ” – Lamiyənin dəhşətli həyat hekayəsi / VİDEO

27/03/2024 - 08:22

“Narkotik almaq üçün bədənimi satmağa başladım”

Lamiyənin (ad şərtidir) hazırda 30 yaşı var. 15 yaşınadək ailəsi ilə birlikdə Rusiyada yaşayıb. 10-cu sinfi bitirdikdən sonra ailəsi onu Bakıya göndərib və 11-ci sinfi burada oxuyub.

Lamiyə deyir ki, uşaq yaşlarından içki içib, siqaret çəkib. İlk dəfə 5-6 yaşlarında alkoqol asılısı olan atası ona spirtli içki verib. Dadı acı olsa da, içməyə həvəs göstərib.  

Müsahibimiz bildirir ki, içki və siqaret əldə etmək üçün 8-9 yaşlarından oğurluq edib: “Ən çox da ailəmdən oğurluq edirdim. Əvvəllər pul götürürdüm, daha sonra qızılları oğurlamağa başladım...”.

Lamiyə bildirir ki, 15 yaşında – 8 mart günü içkili vəziyyətdə yaxın qohumu tərəfindən təcavüzə uğrayıb. Valideynləri zorlandığını bilsə də, başqaları xəbər tutmasın deyə bu hadisəni ört-basdır ediblər...

“Zorlandıqdan sonra daha çox içməyə, tez-tez evdən qaçmağa başladım”, - deyən Lamiyənin sözlərinə görə, Bakıya qayıtdıqdan sonra narkotik də istifadə etməyə başlayıb. Bildirir ki, ilk dəfə narkotiki ona rəfiqəsinin sevgilisi verib. Daha sonra çalışdığı gözəllik salonunda narkotik istifadə etməyə başlayıb.

Lamiyə deyir ki, sonralar işsiz qalıb, narkotik almağa pul tapmayıb və bu səbəbdən də bədənini satmağa məcbur olub.

Müsahibimiz vurğulayır ki, narkotik istifadə etdiyi üçün polis tərəfindən də saxlanılıb. “Özümü xilas etmək üçün narkotik satanın adını polisə verdim”, - deyən Lamiyə bildirir ki, bir müddət sonra narkotik qəbul etdiyi üçün bədəni çürüməyə başlayıb. Bundan sonra narkotik asılılığından xilas olmaq qərarına gəlib və bu məqsədlə “Saflıq” Reabilitasiya Mərkəzinə müraciət edib.

Artıq 1il 6 aydır “ayıq” olduğunu bildirən müsahibimizin həyat hekayəsini onun öz dilindən eşidin.

Stopnarkotik.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Metroda təşviş yaşandı
27/11/2024 - 18:53
Cəlilabadda zəlzələ oldu
27/11/2024 - 17:55