İlon Maskdan Putinin “nüvə silahından istifadə edərik” açıqlamasına REAKSİYA

13/03/2024 - 13:57

Amerikalı iş adamı, milyarder İlon Mask X sosial şəbəkəsindəki səhifəsində Rusiya prezidenti Vladimir Putinin Moskvanın “kritik təhlükə” vəziyyətində nüvə silahından istifadə etməsi haqda fikrinə reaksiya verib.

O hesab edir ki, Putinin açıqlaması “düzgündür”.

"Əlbəttə", - deyən Mask “Zerohedge” saytının Putinin sözlərini dərc edən yazısını paylaşıb.

Xatırladaq ki, daha əvvəl Putin jurnalist Dmitri Kiselevə müsahibəsində, “ABŞ-ın hərəkətlərinə bu cür cavab tədbirləri lazım olarsa, Rusiya nüvə sınaqları keçirəcək”, - deyə etiraf etmişdi.