İndoneziyada güclü zəlzələ olub
15/09/2024 - 22:39
İndoneziyada 5,5 maqnitudalı zəlzələ qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunur ki, zəlzələnin episentri 172 min insanın yaşadığı Bontanq şəhərindən (Kalimantan adası) 101 km şimal-şərqdə, ocağı 11 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.