İordan çayının qərb sahilində QANLI TOQQUŞMALAR - İsrail ordusu HƏMAS liderlərindən birini ələ keçirdi

19/10/2023 - 13:35

“Son 24 saat ərzində İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 5 fələstinli həlak olub”.

Bu barədə Fələstin Administrasiyasının səlahiyyətli nümayəndəsi tərəfindən açıqlama verilib.

Məlumata əsasən, əksəriyyəti müxtəlif vaxtlarda İsrail həbsxanalarından azad edilmiş keçmiş fələstinli məhbuslar olmaqla, onlarla insan da saxlanılıb.

“Haaretz” xəbər verir ki, həbs olunanlar arasında HƏMAS-ın İordan çayının qərb sahilindəki yüksək vəzifəli məmuru Şeyx Həsən Yusif də var.