"İran İsrailin son hücumuna cavab verəcək" - XİN
28/10/2024 - 13:11
İran İsrailin son hücumuna cavab verəcək. “Report” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib. O bildirib ki, rəsmi Tehran son hücumlara cavab verməkdə qərarlıdır. Qeyd edək ki, oktyabrın 26-da İsrail İrana kütləvi zərbələr endirib, bir neçə obyekti vurub. İran Prezidenti Məsud Pezeşkian vurğulayıb ki, ölkəsinin istənilən cavabı balanslı və düşünülmüş olacaq.