İran parlamenti Pezeşkianın təklif etdiyi nazirləri təsdiqlədi

21/08/2024 - 16:11

İran parlamenti Prezident Məsud Pezeşkianın təqdim etdiyi 19 nəfərdən ibarət Nazirlər Kabinetinin üzvlərinin hamısını təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayuıb. "14-cü hökumətin təklif etdiyi bütün nazirlər parlamentdən etimad səsi ala biliblər", - məlumatda bildirilib. Məsud Pezeşkian isə parlamentdəki çıxışında nazirlərin siyahısının dini lider Əli Xamenei və təhlükəsizlik qurumları ilə razılaşdırılmış şəkildə tərtib edildiyini deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ