İsrail ordusu Beyrutun cənubundakı “Hizbullah” hədəflərinə zərbələr endirib

27/10/2024 - 05:32

İsrail hərbi hava qüvvələrinin qırıcıları Beyrutun cənub bölgələrində “Hizbullah”ın obyektlərinin olduğu ən azı iki əraziyə hücum edib. APA xəbər verir ki, bu barədə TASS müxbirinə yerli mülki müdafiə xidmətindəki mənbə bildirib. Onun sözlərinə görə, 20 dəqiqə ərzində onlara ən azı beş hava zərbəsi endirilib. “Basqın Əl-Hadas ətrafına hücumlarla başlayıb. Beyrut Beynəlxalq Hava Limanına gedən magistral yolda yerləşən Burj əl-Barajna qaçqın düşərgəsində də partlayışlar eşidilib.”, - deyə mənbə qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ