İsrail ordusu HƏMAS-ın Şimal Batalyonu komandirinin məhv edildiyini açıqladı - FOTO

25/10/2023 - 12:30

İsrail ordusu Qəzza zolağında Xan Yunis şəhərində HƏMASI-ın Şimal Batalyonunun komandiri Taysir Mübaşiri öldürüb.

Bu barədə Ordunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Onun əvvəllər HƏMAS dəniz qüvvələrinə komandanlıq etdiyi və silah istehsalı ilə də məşğul olduğu iddia edilir.

Məlumata görə, öldürülən şəxs orduda böyük təcrübəyə malik olub və komandir kimi terror hücumlarına rəhbərlik edib, həmçinin HƏMAS silahlı qanadının lideri Məhəmməd Deyfin qohumu olub.